Almaniyanın ikinci, Avropanın isə ən böyük aviaşirkəti olan “Air Berlin” iflas edib.
Azərtac şirkətə istinadla xəbər verir ki, “Air Berlin” bütün uçuşlarını ayın sonuna qədər bitirəcək. Şirkətin iflasına səbəb qarşılaşdığı maliyyə çətinlikləridir.
Qeyd edək ki, “Luftansa” və “EasyJet” “Air Berlin”i almaq üçün danışıqlar aparır.