XƏBƏR LENTİ

17 Yanvar 2021
16 Yanvar 2021

Digər Xəbərlər

14 Oktyabr 2017 - 18:17

KİV:"ABŞ-ın BMT-dəki nümayəndəsi Donald Trampı İranın nüvə sazişinə əməl etmədiyinə inandırıb"

ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli İranın Əhatəli Nüvə Razılaşmasındakı öhdəlikləri yerinə yetirmədiyini hesab edir.  

“Report” xəbər verir ki, bu barədə Amerikanın "Politico" jurnalı məlumat yayıb.

Nəşr Nikki Heylinin bu səbəbdən ABŞ prezidenti Donald Trampdan İranın bu sənədə riayat etməsini tanımamağı məsləhət görüb.

Yazıda qeyd olunub ki, ABŞ dövlət katibi Reks Tillerson və müdafiə naziri Ceyms Mettis cari ilin iyulunda ölkə prezidentini İranın Əhatəli Nüvə Razılaşmasına riayət etdiyinə inandırıb. Ancaq ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Donald Trampı İranın sənədə əməl etmədiyinə inandırmağı bacarıb. Halbuki Ağ evin digər üzvləri bu məsələdə ehtiyatlı olmağın tərəfdarıdırlar.

Jurnal yazıb ki, bu da Donald Trampla Reks Tillerson arasında gərginliyə gətirib çıxarıb.