XƏBƏR LENTİ

19 Yanvar 2021
18 Yanvar 2021

Digər Xəbərlər

01 Yanvar 2016 - 20:13

Ukraynanın Avropa Birliyi ilə sərbəst ticarət sazişi qüvvəyə mindi

Yanvarın 1-dən Ukraynanın Avropa Birliyi ilə imzaladığı sərbəst ticarət sazişi qüvvəyə minib.

Ukrayna sazişi 2014-cü ilin iyununda imzalamışdı. Bundan sonra Rusiyanın etiraz və təhdidləri ilə üzləşmişdi.

Bu saziş Ukraynaya öz mallarını gömrük rüsumu olmadan Avropa bazarına çıxarmaq imkanı verir. Bu saziş Moskvanın Kiyevlə münasibətlərinin pisləşməsinin başlıca səbəbidir.

Sovet dövründən əlaltısı olmuş bir ölkənin birdən-birə Qərbə üz tutması Rusiyanın hiddətləndirib.

Ukraynanın sabiq prezidenti Yanukoviç 2013-cü ildə Kremlin təsiri nəticəsində həmin sazişi imzalamaqdan imtina etmişdi. Bu saziş Ukraynada kütləvi etiraz aksiyalarına, Yanukoviçin devrilməsinə, Krımın Rusiya tərəfindən ilhaq edilməsinə və nəhayət, Rusiyanın dəstəyilə Ukraynanın şərqində separatçıların üsyanına səbəb olmuşdu.

Yanvarın 1-dən Rusiyanın cavab tədbiri kimi Ukraynaya ərzaq embarqosu başlayıb.

Modern.az