XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

14 Oktyabr 2017 - 19:55

Çində “narıncı” xəbərdarlıq edilib- “Xanun” qasırğası ilə əlaqədar

Çin Milli Meteorologiya Mərkəzi “Xanun” qasırğasının ölkənin cənub sahillərinə yaxınlaşması ilə əlaqədar “narıncı” səviyyədə təhlükə xəbərdarlığı verib.

Azərtac yerli KİV-lərə istinadla xəbər verir ki, bu il 20-ci olan qasırğa Cənubi Çin dənizi üzərində saatda 20 kilometr sürətlə şimala – Çinin cənub sahillərinə doğru hərəkət edir. “Xanun”un bazar ertəsi erkən saatlarında sahilə çatması gözlənilir. Çin Milli Meteorologiya Mərkəzi qasırğanın ölkə sahilinə çatanda daha da güclənəcəyi ehtimalı olduğunu bəyan edib.

“Xanun” qasırğasının Quandun, Xaynan, Fucian vilayətlərində, habelə Tayvan adasında şiddətli yağışlara və güclü küləyə səbəb olacağı proqnozlaşdırılır. Bu baxımdan yerli hökumətlərə qabaqlayıcı tədbirlər görmək, o cümlədən dənizdə olan gəmilərin limanlara qayıtması tövsiyə edilib.

Qeyd edək ki, Çində hava şəraiti ilə əlaqədar 4 səviyyədə təhlükə xəbərdarlıq sistemi var. Bunların ən yüksəyi “qırmızı” olmaqla, daha aşağı “narıncı”, “sarı” və “mavi” səviyyələrdir.