Səudiyyə Ərəbistanı 25 il sonra İraqda səfirliyini açıb.
Açılış mərasimində İraqın bir sıra rəsmi şəxsləri iştirak ediblər.
Artıq səfir Samer əs-Sabhan səlahiyyətlərinin icrasına başlayıb. Diplomat bildirib ki, səfirliyin açılması iki ölkə arasında münasibətləri yaxşılaşdırcaq, həmçinin İŞİD əleyhinə İslam koalisiyasını gecləndirəcək.
Xatırladaq ki, Səudiyyə Ərəbistanı Bağdadda diplomatik nümayəndəliyini 1990-cı ildə, İraqın Küveytə hücumundan sonra bağlamışdı.
Bağdadla ər-Riyad arasında münasibətlər Heydər əl-Abadinin 2014-cü ilin avqustunda İraq rəhbərliyinə gəlişindən sonra başlayıb.