XƏBƏR LENTİ

27 Oktyabr 2020

Digər Xəbərlər

15 Oktyabr 2017 - 18:16

Vaşinqton Rusiya, İran və Şimali Koreyaya qarşı sanksiyaları reallaşdırmağa başlayır –Tillersondan açıqlama

ABŞ hakimiyyəti bu il qəbul edilən və Rusiya, İran və Şimali Koreyaya qarşı sanksiyaların sərtləşdirilməsini nəzərdə tutan qanunun reallaşdırılmasına başlayacaq.

Bunu bu gün CNN telekanalına müsahibəsində ABŞ dövlət katibi Reks Tillerson bildirib.

R. Tillerson sanksiyaların tətbiqindən öncə ABŞ şirkətlərinin Maliyyə Nazirliyi və Dövlət Departamentindən sanksiyalar barədə məlumat almalı olduğunu vurğulayıb: “Biz qanunun tam reallaşmasına başlamaq üçün rəhbərliyə müvafiq təqdimata hazırlaşırıq. Biznes qanuna riayət edilməsi üçün yeni qaydalar barədə məlumatlı olmalıdır”.  (APA)