XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

15 Oktyabr 2017 - 18:36

İraq ordusu və kürd silahlıları üz-üzə –Ultimatumun vaxtı bitir, tərəflər geri çəkilməkdən imtina edir   

İraqın şimalını "İslam dövləti" qruplaşmasından təmizləmək üçün birgə vuruşan mərkəzi hökumət qüvvələri ilə kürd Peşmərgə dəstələri arasında qarşıdurma güclənir.

İraq hökuməti kürd yaraqlılarına oktyabrın 15-dək vaxt vermişdi ki, "İslam dövləti" qruplaşması ilə döyüşlər zamanı ələ keçirdikləri strateji yüksəklikləri boşaltsınlar. Amma peşmərgələr hələ də mövqelərdə qalmaqda davam edirlər.

Kürdlərin "müstəqillik referendumu"nun ardınca Kərkükdə gərginlik artır. Hər iki tərəf ABŞ-ın müttəfiqləridir və ABŞ hərbi məsləhətçilərinin gərginliyi azaltmaq üçün hər iki tərəflə işlədiyi deyilir. Bu barədə ABŞ-ın müdafiə naziri Cim Mattis bildirib. Peşmərgə komandirləri deyirlər ki, mövqeləri qorumaq üçün əllərindən gələni edəcəklər və "istənilən qarşıdurmaya hazırdırlar". Onlar öz bayraqlarını, qarşılarında mövqe tutan İraq ordusu isə İraq bayrağını qaldırıb. (Amerikanın Səsi)