XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

02 Yanvar 2016 - 09:34

Rəsmi təkzib: “Ərdoğan Hitlerdən deyil, Almaniyadan danışıb” – Rusiyadan isə “hər şey aydındır” açıqlaması gəldi

“Prezident Hitlerin deyil, Almaniyanın idarəçilik sistemindən danışıb”.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın “Hitler Almaniyası” ilə bağlı verdiyi açıqlamanı Türkiyə Prezident Administrasiyası şərh edib. 

Administrasiyanın açıqlamasında bildirilir ki, Ərdoğanın sözləri təhrif edilib:

“Prezident Hitlerin deyil, Almaniyanın idarəçilik sistemindən danışıb. Prezident idarə üsulu o demək deyil ki, ölkə federallaşmalıdır. Həm parlament, həm də prezident idarə üsulunda ədalət daha önəmlidir”

Bildirilib ki, Türkiyə prezidenti Səudiyyə Ərəbistanından səfərdən qayıtdığı zaman jurnalistlərə verdiyi açıqlamada, ölkədə yaradılacaq yeni idarə üsulundan danışıb:

“”Unitar dövlətdə prezident sistemi ola bilməz”, – deyə, bir şey yoxdur. Hazırda bunun dünyada nümunəsi var, keçmişdə də olub. Hitler Almaniyasına baxdığınızda orada da bunu görərsiniz, müxtəlif ölkələrdə də bunun nümunələrini görmək olar. Əsas odur ki, prezident dövlətində xalqı narahat edən sistem olmasın. Ədalət olanda, çətinlik olmayacaq”.

Xatırladaq ki, Ərdoğanın “Hitler Almaniyası”nı yaxşı bir örnək kimi göstərməsi haqda təhrif olunan fikiri dünya mediasında geniş müzakirə mövzusuna çevrilib.

Son vaxtlar Türkiyə ilə münasibətləri gərginləşdiyi Rusiya rəsmiləri Ərdoğanın bu açıqlamasını şərh ediblər.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova öz Facebook səhifəsində Ərdoğanın açıqlaması haqda xəbəri paylaşıb:

“Президент Турции Тайип Реджеп Эрдоган назвал Германию времен правления Гитлера примером эффективной президентской системы, передает Reuters”. Многое становится понятным, кстати”

Yəni, “Reuters xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan “Hitler Almaniyası”nı ən effektiv prezidentlik idarəetmə sistemi adlandırıb. Artıq bir çox şey aydınlaşır…

ANS