XƏBƏR LENTİ

04 Dekabr 2020

Digər Xəbərlər

15 Oktyabr 2017 - 23:16

Avstriyada parlament seçkilərinin nəticələri  –XİN rəhbəri qalib gəldi, baş nazir uduzdu


Avstriyada oktyabrın 15-də keçirilmiş növbədənkənar parlament seçkisinin ilk nəticələri məlum olub.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, 54% bülletenlərin hesablanmasından sonra, seçkilərdə hazırkı xarici işlər naziri, 31 yaşlı Sebastyan Kurtsun rəhbərlik etdiyi mühafizəkar “Avstriya Xalq Partiyası” qalıb gəlir. Partiya seçicilərin 36,45% səsini qazanıb.

İkinci yerdə sağçı “Azadlıq” partiyası (29,33%), üçüncü isə sədri hazırkı baş nazir Kristian Kern olan “Avstriya Sosial Demokrat partiyasıdır (23,07). İlkin nəticələrə əsasən, beş partiya 5 faizlik seçki baryerini keçə bilər. Adıçəkilən partiyalardan başqa buna “Yeni Avstriya” (5,8%) və “Yaşıllar” partiyası (4,2%) nail olublar.

Qeyd edək ki, seçkilərdə 16 partiya və siyasi hərəkat iştirak edib.