XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

16 Oktyabr 2017 - 11:35

ABŞ “Green Card” üçün müraciətləri dayandırıb –SƏBƏB

 

ABŞ “Green Card”  viza lotereyası üçün müraciətləri dayandırıb.

“Korrespondent.net”in  verdiyi xəbərə görə, proqramın başlamasından qısa müddət sonra texniki problemlər yaranıb. ABŞ-ın Ekvadordakı səfirliyinin rəsmi saytında bildirilib ki, texniki problemlərdən dolayı lotereya üçün onlayn qeydiyyat dayandırılıb və nəticədə oktyabrın 3-dən təqdim edilən bütün ərizələr ləğv olunub. Buna görə, həmin şəxslər yenidən müraciət etməlidir.

2019-cu il viza lotereyası üçün yenidən müraciət tarixi 2017-ci il oktyabrın 18-də saat 11:00-dan başlayacaq və noyabrın 22-si saat 11:00-a kimi davam edəcək.