XƏBƏR LENTİ

20 Oktyabr 2020

Digər Xəbərlər

02 Yanvar 2016 - 15:37

Rusiya neft hasilatı üzrə dünya rekordunu yenilədi

Rusiya 2015-ci ildə neft hasilatı üzrə özünün təsis etdiyi dünya rekordunu yeniləyib.

BBC xəbər verir ki, Rusiya Yanacaq-Energetika Kompleksinin Mərkəzi Dispetçer İdarəsi il ərzində 534 mln. ton neft və qaz kondensatının çıxarıldığını bildirib.

İdarədən verilən məlumata görə, bu, 2014-cü ildə hasil edilmiş həcmdən 1,4 faiz artıqdır.

2015-ci il ərzində uzaq xaricə ixrac edilən neft emalı məhsullarının həcmi də artıb.
Lakin neft artımı ilə yanaşı, təbii qaz hasilatında eniş qeydə alınıb. ötən il çıxarılan qaz həcmləri təqribən 1 faiz azalaraq 635 mlrd. kub metr təşkil edib.

Bundan əvvəl Səudiyyə Ərəbistanını qabaqlayan Rusiya neft hasilatı üzrə dünya liderinə çevrilib.
Neft qiymətlərinin kəskin düşməsi fonunda demək olar ki istehsalçı ölkələrin hamısı hasilat səviyyəsini artırmağa başlayıb.

ötən ilin sonunda neft qiymətləri əhəmiyyətli dərəcədə aşağı düşüb.
Təhlilçilər bunu ABŞ və OPEC ölkələri, xüsusilə Səudiyyə Ərəbistanı ilə qiymət müharibəsiylə əlaqələndirir.