XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

16 Oktyabr 2017 - 21:41

Rusiyanın müdafiə naziri İsrailli həmkarı ilə görüşdü:“Suriyada antiterror əməliyyatı başa çatmaq üzrədir”

"Suriyada həyata keçirilən antiterror əməliyyatı başa çatmaq üzrədir".

“RİA Novosti” agentliyinin verdiyi xəbərə görə, bunu Rusiyanın müdafiə naziriSergey Şoyqu israilli həmkarı Aviqdor Libermanla görüşdə bəyan edib: “Suriyada  əməliyyat başa çatmaq üzrədir. Hazırda təcili həllini və Suriyadakı vəziyyətin gələcək inkişafı perspektivinin müzakirəsini gözləyən bir neçə amil mövcuddur”, – deyə S.Şoyqu bildirib.   Onun sözlərinə görə, hərbi və hərbi-texniki əməkdaşlıq məsələlərindən əlavə, əsas məsələ terrorizmlə mübarizə və regiondakı vəziyyətdir. Rusiya müdafiə naziri həmkarına  Yaxın Şərqdəki vəziyyətlə bağlı bir sıra məsələləri müzakirə etməyi təklif edib.

Qeyd edək ki, Sergey Şoyqu bu gün İsrailə səfər edib.  (APA)