İsraildə keçirilən rəy sorğusunda Rusiya prezidenti Vladimir Putin ilin adamı adını qazanıb.
Strateq.az xəbər verir ki, o, “The Jerusalem Post” qəzetinin keçirdiyi sorğuda raspondentlərin 29%-nin səsini alaraq birinci yerə çıxıb. Putini 16% səslə Almaniya lideri Angela Merkel izləyir. İsrailin öz baş naziri Benjamen Netanyahu isə 15%-lik rəğbətlə 3-cü olub.
Maraqlıdır ki, İsrailin strateji müttəfiqi sayılan ABŞ-ın prezidenti Obama cəmi-cümlətanı 2% səs toplaya bilib. Onun İsraildəki hörməti Roma Papası Françislə eynidir. Papa da yəhudilərin gözündə 2%-lik hörmətə malikdir.