XƏBƏR LENTİ

27 Oktyabr 2020

Digər Xəbərlər

17 Oktyabr 2017 - 14:19

Suriyada 9 rus həlak olub –Kəşfiyyat Qrupu sentyabr ayı üzrə hesabat yaydı

Suriyada sentyabr ayı ərzində 9 rusiyalı həlak olub.

Bu barədə informasiyanı CİT (Münaqişə Kəşfiyyat Qrupu – red.) təşkilatı yayıb.

Təşkilat öldürülənlərin əksəriyyətinin “Vaqner” özəl hərbi şirkətinin işçiləri olduğunu bildirib.

Öldürülən şəxslərin həmçinin Rusiyanın Donbas və Krımdakı əməliyyatlarında da iştirak etdiyi vurğulanıb.

Qeyd edək ki, “Vaqner” şirkətinin muzdluları 2014-cü ildən Suriyada döyüşür. Rusiya Müdafiə Nazirliyi bu şirkəti rəsmən azad qurum kimi tanıyır. Moskva şirkətin Suriyaya muzdlular göndərməsinə qeyri-leqal olsa da dəstək verir/Axar.az.