XƏBƏR LENTİ

04 Dekabr 2020

Digər Xəbərlər

17 Oktyabr 2017 - 16:20

Referendumun Kataloniyaya vurduğu zərbə böyüyür –700 şirkət bölgəni tərk edib

Bir müddət əvvəl keçirilmiş müstəqillik barədə referendumdan sonra 700-ə yaxın şirkət öz ofislərini Kataloniyadan İspaniyanın başqa regionlarına köçürüb.

Trend-in məlumatına, təkcə ötən həftə ərzində 92 şirkət Kataloniyadan çıxdığını elan edib.

Ümumilikdə isə 691 şirkətin Kataloniyanı tərk etməsi barədə məlumat verilib.

Qeyd edək ki, təkcə oktyabrın 9-u və 10-da, iki gün ərzində 387 şirkət ofislərini İspaniyanın başqa regionlarına köçürmüşdü.