XƏBƏR LENTİ

03 Dekabr 2020
02 Dekabr 2020

Digər Xəbərlər

03 Yanvar 2016 - 07:13

Obama bu ştatda fövqəladə vəziyyət elan etdi

ABŞ prezidenti Barak Obama sel daşqınlarının davam etdiyi Missuri ştatında fövqəladə vəziyyət elan edib.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, daşqınlar artıq 10 nəfərin həyatına son qoyub.
Ağ Evin mətbuat xidmətindən bildiriblər ki, prezident daşqınların qarşısını almaq, fəsadlarını aradan qaldırmaq və yerli hökumətə dəstək üçün təlimat verib.

Milli Təhlükəsizlik Nazirliyi və Fövqəladə Hallar üzrə Federal Agentlik yerli əhaliyə yardım, ölənlərin dəfn edilməsi və vətəndaşların mülkiyyətinin qorunması üçün hərəkətə keçib.

Dekabrın 22-dən başlayan fırtına, tornado, güclü külək və daşqınlara görə ştatda fövqəladə şərait yaranmışdı.