XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

03 January 2016 - 07:54

Şəhər merini güllələdilər

Dünən Meksikanın Temiksko şəhərinin meri Gizela Mota güllələnərək öldürülüb.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, Mota mer vəzifəsinə hadisədən cəmi bir gün əvvəl – yanvarın 1-də seçilmişdi.

Yerli KİV-lərin məlumatına görə, silahlı şəxslər merin evinə girərək odlu silahdan atəş açıblar. 
Hadisə yerinə gələn polis hücumçulardan iksini güllələyib. üç nəfər isə həbs olunub. Hazırda hüquq-mühafizə orqanları qətlin motivini araşdırır.

İlin əvvəlindən bu yana Meksikada bir neçə mer qətlə yetirilib. Cinayətkarlar əsasən yerli narkomafiyanın üzvləri olur. Meksikada kiçik şəhərlər cinayətkar qrupların nəzarəti altındadır.

Temiksko 100 min nəfərlik əhalisi olan kiçik şəhərlərdən biridir.