XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

17 Oktyabr 2017 - 18:47

İŞİD-in “paytaxt”ı Rakka terrorçulardan azad edildi –Şəhərə ABŞ-ın dəstək verdiyi qüvvələr nəzarət edir

Uzun müddət İŞİD-in əlində olan, terrorçuların "paytaxt" elan etdikləri Suriyanın Rakka şəhəri azad edilib.

Bu barədə terrorçuların fəaliyyətinin analizi ilə məşğul olan “Directorate 4” məlumat yayıb.

Terrorçuların Rakkanın zəbt etdikləri sonuncu rayonundan çıxarıldığını göstərən video çarx da yayımlanıb.

Hazırda Rakkanın tam olaraq Suriya Demokratik Qüvvələrinin (ABŞ-ın dəstək verdiyi ərəb-kürd dəstələri) nəzarəti altında olduğu bildirilir/APA.