XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

17 Oktyabr 2017 - 22:02

“Türkiyənin hərbi və iqtisadi potensialı Avropa İttifaqı üçün çox vacibdir” –Polşa prezidenti

"Polşa Türkiyənin Avropa İttifaqına (Aİ) üzvlüyünü dəstəkləyir, bu ölkənin hərbi və iqtisadi potensialı Aİ üçün vacibdir". 

Bunu Polşa prezidenti Anjey Duda Varşavada türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğanla birgə mətbuat konfransında bildirib.

“Türkiyənin Aİ-yə üzv olacağına ümid edirik. Türkiyə çoxdan Aİ-yə üzv olmaq üçün səy göstərir. Türkiyə çalışır və üzv olmağını gözləyir”, – deyə A.Duda bildirib.    

Onun sözlərinə görə, Türkiyə təhlükəsizlik nöqteyi-nəzərdən Aİ-nin çox mühüm tərəfdaşıdır: “Bunu heç kimə izah etməyə ehtiyac yoxdur. Türkiyənin hərbi və iqtisadi potensialı Aİ üçün çox vacibdir”.  

 “Ankara Aİ qarşısında qaçqınlar məsələsinə dair üzərinə götürdüyü öhdəlikləri icra edir”, – deyə Polşa prezidenti qeyd edib. 

APA