XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

18 Oktyabr 2017 - 10:25

Pakistanda partlayış- 6 polis ölüb, yaralılar var

Pakistanın şimal-qərbində Kvetta şəhərində partlayış baş verib.

Trend-in məlumatına görə, partlayış nəticəsində azı 6 polisin öldüyü, daha 8 nəfərin yaralandığı bildirilib.

Təhlükəsizlik Xidmətinin verdiyi ilkin ehtimala görə, partlayış içərisində 35 polis nəfərini aparan maşın yolda qoyulmuş minanın üzərindən keçərkən baş verib.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Hazırda insident baş verən ərazi nəzarətə götürülüb.