XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

18 Oktyabr 2017 - 11:27

Nazir:"Koreya yarımadasında problemin həlli Cənubi Koreya, ABŞ və Yaponiyanın sıx əməkdaşlığından asılıdır"

Koreya yarımadasında problemin həlli Cənubi Koreya, ABŞ və Yaponiyanın sıx əməkdaşlığından asılıdır.

Azərtac Yonhap agentliyinə istinadla xəbər verir ki, bu fikri Cənubi Koreyanın xarici işlər naziri xanım Kan Kyun-hva Seulda Yaponiya xarici işlər nazirinin müavini Şinisuke Suqiyama ilə görüşündə deyib.

Xanım nazir bu üç ölkənin Koreya yarımadasında yaranmış vəziyyətin həlli üçün birgə əməkdaşlığının faydalı olacağına inandığını bildirib.

Qeyd edək ki, gün ərzində Seulda Cənubi Koreya, Yaponiya və ABŞ-ın xarici siyasət idarələri rəhbərləri müavinlərinin üçtərəfli görüşü keçiriləcək. Görüşdə əsas müzakirə obyekti Şimali Koreyanın raket və nüvə silahı məsələsi olacaq.