XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

03 January 2016 - 14:57

İŞİD hərbi bazaya hücum etdi – 15 ölü, 22 yaralı

İŞİD silahlıları ABŞ-ın İraqın Tikrit şəhərindəki keçmiş hərbi bazasına hücum ediblər.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə «Reuters» agentliyi məlumat yayıb.

Məlumata görə, hücumda 5 yaraqlı iştirak edib. 2 «canlı bomba» bazanın girişindəki avtomobildə olub, 3 terrorçu da bazaya bombalı hücum həyata keçirib. 

Hadisə zamanı bazadakı xüsusi xidmət orqanları əməkdaşlarından 15-i həlak olub, 22-si yaralanıb.
İŞİD partlayışa görə məsuliyyəti üzərinə götürüb.