XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

18 Oktyabr 2017 - 18:27

7 minə yaxın həkim tətil edir- Çexiyada

Çexiyada yeddi minə yaxın həkim əmək haqlarının artırılması tələbi ilə birgünlük tətil elan edib.

Trend-in məlumatına görə, həkimlər həmçinin onların inzibati öhdəliklərinin azaldılmasını tələb edir. Həkimlərlə həmrəylik olaraq 400-ə yaxın aptek də yarım saat müddətinə işini dayandırıb.

Tibb işçiləri gün ərzində yalnız təcili yardım üçün işi bərpa edə biləcəklərini bəyan ediblər.