XƏBƏR LENTİ

26 Oktyabr 2020

Digər Xəbərlər

18 Oktyabr 2017 - 19:57

Suriyada müqavilə əsasında döyüşənRusiya vətəndaşı ölüb

Xüsusi hərbi şirkətlə bağladığı müqavilə əsasında Suriyada döyüşən Rusiyanın Xantı-Mansisiy Muxtar Dairəsinin Meqion şəhərinin sakini, 25 yaşlı Mark Neymark minaya düşərək ölüb.

“Report” BBC-yə istinadən xəbər verir ki, bu məlumatı ölən hərbçinin həyat yoldaşı Kseniya Neymark da təsdiqləyib. O, həyat yoldaşının bu ilin iyunun 28-də Suriyaya yola düşdüyünü və oktyabrın sonun da “məzuniyyətə” çıxmağı planlaşdırdığını deyib.

M.Neymarkın ölümünü  Rusiyanın Suriyada əməliyyatlar keçiridyi bölgələrdə monitorinq aparan “Conflict Intelligence Team” qrupu yayıb.

Məlumata görə, o, yəhudi olub və onun Rusiya hərbçiləri ilə brlikdə Bəşşər Əsəd tərfdən döyüşməsi peşəkar hərbçi olmağından xəbər verir.

Qeyd edək ki, ölümündən sonra M.Neymarın ailəsinə müqavilə imzaladığı hərbi şirkət tərəfindən kompensasiya ödənilib.