Harford dairəsindəki (Merilend ştatı) Emmorton biznes-parkında atəş açılıb, ölənlər və yaralananlar var.
Azərtac RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, bunu yerli şerif bildirib. O, hadisə yerində olduğunu, insident nəticəsində 3 nəfərin öldüyünü və bir neçə nəfərin yaralandığını özünün Twitter səhifəsində təsdiqləyib.
CNN telekanalı isə şerifin müavininə istinadla 5 nəfərin yaralandığına dair məlumat yayıb. Hücum edən şəxsin cinayət yerindən qaçıb gizləndiyi, polisin onu axtardığı bildirilir.
Yaxınlıqda yerləşən beş məktəbin şagirdlərinə təhsil müəssisələrinin ərazisini tərk etməmək tapşırılıb.