İspaniya hökuməti Kataloniyanın muxtariyyət statusunun dayandırılması üçün prosedurlara başlayıb.
Bunu İspaniya hökumətinin sözçüsü bildirib.
O qeyd edib ki, bu prosedurlar ölkə Konstitusiyasının 155-ci maddəsini tətbiq etmək üçün həyata keçiriləcək. Həmin maddəyə əsasən, Kataloniya əyalətinin muxtariyyət statusu ləğv olunacaq. Bunun üçün prosedurlar oktyabrın 21-də başlayacaq/Report.