“Səudiyyə Ərəbistanı-İran qarşıdurması klassik Yaxın Şərq savaşı olacaq”.
Bunu öz Feysbuk səhifəsində Rusiya Baş nazirinin keçmiş müavini, politoloq Alfred Kox paylaşıb. Onun sözlərinə görə, bu müharibədə İsrailin rolunu Səudiyyə Ərəbistanı öz üzərinə götürəcək:
“Səudiyyə Ərəbistanı və İranın necə döyüşəcəyinə baxmaq maraqlıdır. Səudiyyəlilərin hərbi büdcəsi 80 milyard, İranınkı isə cəmi 10 milyard dollardır. Səudiyyəlilər ən müasir silahlara, həmçinin “STELS” texnologiyalı təyyarələrə, “Abrahams” tanklarına sahibdirlər. İranda isə yalnız MiQ-29, Su-24 təyyarələri, T-54, T-55, T-62 və T-72 tankları var. Lakin İran ordusunun sayı yarım milyon, Səudiyyə Ərəbistanının isə 80 min nəfərdir. Bu, klassik Yaxın Şərq savaşı olacaq, lakin bu dəfə İsrailin rolunu Səudiyyə Ərəbistanı öz üzərinə götürəcək”.
Axar.az