Almaniya Səudiyyə Krallığı ilə İran arasında diplomatik münasibətlərin kəsilməsindən dərin təəssüf hissi keçirir.
Strateq.az bildirir ki, bu barədə Almaniya hökümətinin rəsmi nümayəndəsi Ştefen Zaybert bəyan edib. “Biz hər iki tərəfi dialoqa çağırırıq”,– deyə o vurğulayıb.
Zaybertin sözlərinə görə, “diplomatiya qapılarını” həmişə açıq saxlamaq lazımdır. Alman təmsilçisi həmçinin diplomatik missiyaya hucumun yolverilməz olduğunu deyib.
Xatırladaq ki, Səudiyyə Krallığı tanınmış şiə ruhanisi Nimr an-Nimri edam etdikdən sonra Tehranla münasibəti pisləşib.