İraqın baş naziri Heydər əl-İbadinin dialoqla bağlı çağırışını ölkənin şimalındakı yerli muxtariyyətin başçısı Məsud Barzani müsbət qarşılayıb.
“Report” "Haber7"yə istinadən xəbər verir ki, muxtariyyətin məsul şəxsləri oktyabrın 19-da toplantı keçiriblər.
Toplantıdan sonra yerli muxtariyyətin məsul şəxsləri Bağdadla Ərbil arasında dialoqu məmnuniyyətlə qarşıladıqlarını bildiriblər.
Açıqlamada Bağdadla Ərbil arasında dialoqun qurulması üçün beynəlxalq vasitəçilərdən yardım istənilib.