XƏBƏR LENTİ

21 Oktyabr 2020

Digər Xəbərlər

19 Oktyabr 2017 - 22:40

Putindən Trampa dəstək:"Onu xalq seçib, buna görə ona hörmət etmək lazımdır"

Rusiya prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampın hörmətə layiq olduğuna əmindir.

Bu barədə “TASS” məlumat yayıb. 

Rusiyanın dövlət başçısı ABŞ-da Trampa hörmət edilmədiyinə təəsüflənib: “Cənab Trampı ABŞ xalqı seçib, buna görə ona hörmət etmək lazımdır. Hətta əgər onun mövqeyi ilə razı olmasanız belə".

O, hesab edir ki, Trampa hörmət etməmək onun seçicilərinə ehtiram göstərməmək deməkdir.

"Mübahisə etmək olar, amma hörmət etməmək yox. Özü də şəxsən ona yox, səsini Trampa verən seçicilərə “– deyə Rusiya prezidenti qeyd edib/Report.