XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

04 Yanvar 2016 - 12:57

Birləşmiş Ərəb Əmirliyi də İranla diplomatik əlaqələri dayandırdı

Birləşmiş Ərəb Əmirliyi İranla diplomatik əlaqələri dayandırıb.

Bu barədə ölkənin rəsmi xəbər agentliyi məlumat yayıb(Axar.az).

Qeyd edək ki, Səudiyyə Ərəbistanı yanvarın 2-də şiə din alimi Ayətullah Nimr Baqir ən-Nimr daxil olmaqla 47 nəfəri edam edib.

Bu hadisədən sonra Tehrandakı Səudiyyə Ərəbistanı səfirliyi yandırılıb. Səudiyyə Ərəbistanı və Bəhreyn buna cavab olaraq İranla diplomatik əlaqələri kəsib. Bəhreyn hökuməti İranı ölkədə dövlət çevirilişi etməkdə ittiham edib.