XƏBƏR LENTİ

24 Noyabr 2020

Digər Xəbərlər

20 Oktyabr 2017 - 11:55

Putin:“ABŞ  Rusiya KİV-inə məhdudiyyət qoysa,  Moskva da bu addımı atacaq”

Rusiya ABŞ-ın ortamənzilli nüvə sazişindən çıxdığı halda buna dərhal və eyni şəkildə cavab veriləcəyini bildirib.

Bu bəyanatla dünən Rusiya prezidenti Vladimir Putin çıxış edib. Putin bildirib ki, Moskva digər ölkələrə cavab olaraq yeni silah sitemini inkişaf etdirməyə hazırdır.

Prezident Vladimir Putin ABŞ-ın Rusiyada fəaliyyət göstərən media qurumlarını hədələyərək deyib ki, əgər Birləşmiş Ştatların rəsmiləri ABŞ-da işləyən Rusiya medialarına məhdudiyyətlər qoysalar, onda Moskva buna bənzər məhdudiyyətlər tətbiq edəcək.

Putin bu bəyanatı oktyabrın 19-da Soçidəki Valday Diskussiya Klubunda beynəlxalq xarici siyasət ekspertlərinin qarşısında çıxış edərkən verib. Moskva bildirib ki, ABŞ rəsmiləri keçmişdə Russia Today kimi tanınan RT TV və Sputnik xəbər portalı da daxil Rusiyanın dövlətə bağlı medialarından ABŞ-da “xarici agent” qismində qeydiyyatdan keçməyi tələb edirlər. ABŞ-ın Xarici Agentlərin Qeydiyyatı haqqında qanunu 1930-cu illlərdə nasist təbliğatının qarşısının alınması məqsədilə qəbul edilib.

ABŞ kəşfiyyatının yanvar ayında açşıqlanmış hesabatında deyilirdi ki, RT və Sputnik Moskvanın 2016-cı il ABŞ seçkisinə müdaxilə kampaniyasında iştirak edib. Bundan sonra ABŞ rəsmiləri Rusiya mediasının Birləşmiş Ştatların qanunlarına riayət etməsini tələb edirlər. Bununla belə ABŞ-ın Ədliyyə Nazirliyi xarici agentlər qanununun tətbiqinə başlandığına dair xəbərləri təsdiqləməyib. Buna cavab olaraq Rusiya rəsmiləri bildirmişdilər ki, CNN, “Amerikanın Səsi” və Azadlıq Radiosu kimi media qurumlarına da Rusiyada məhdudiyyətlər tətbiq edilə bilər. Putin məhdudiyyətlərin konkret olaraq nədən ibarət ola biləcəyi məsələsinə toxunmayıb.

Burası da var ki, RT-nin ABŞ-da öz verilişlərini kabel televiziyası vasitəsilə sərbəst yayınladığı və Sputnik radiosunun Vaşinqtonda öz FM tezliyinin olmasına baxmayaraq, Azadlıq Radiosu və “Amerikanın Səsi” üçün Rusiyada eyni şərait yaradılmayıb.