ABŞ Silahlı Qüvvələri baş qərargahının rəisi, general Cozef Danford sabah Türkiyəyə gəlir.
Strateq.az bildirir ki, bu barədə Anadolu Agentliyinə etibarlı mənbələrdən bəlli olub. ABŞ generalı Ankarada türk həmkarı Hulusi Akarla görüşəcək.
“Hürriyet” qəzetinin məlumatına görə, səfər Səudiyyə ilə İran arasında diplomatik qalmaqaldan sonra regionda gərginləşən vəziyyətlə bağlıdır.