XƏBƏR LENTİ

21 Sentyabr 2020
20 Sentyabr 2020
19 Sentyabr 2020

Digər Xəbərlər

21 Oktyabr 2017 - 00:47

ABŞ dövlət katibi Yaxın Şərqə səfərə çıxır –Səudiyyə Ərəbistanı və İraq hökumətləri ilə görüşəcək

ABŞ Dövlət Katibi Reks Tillerson cümə günü Yaxın Şərqə səfər edərək Səudiyyə Ərəbistanı və İraq hökumətlərinin nümayəndələri ilə görüşdə iştirak edəcək.

Görüşün əsas məqsədi iki ölkə arasındakı əlaqələrin inkişaf etdirilməsi yollarını araşdırmaqdır. Koordinasiya Şurasının açılış toplantısı Riyadla Bağdad arasındakı əlaqələr mövzusunda olacaq. Şuranın ilk toplantısı Riyadla Bağdad arasında istiləşən münasibətlər fonunda baş verir. Görüş həmçinin İranın regionda artan nüfuzunun qarşısını almaq səylərinin tərkib hissəsi kimi dəyərləndirlir.

"İran bizim üçün həmişə böyük narahatlıq mənbəyidir, təkcə İraqda yox, bütün regionda," – deyə Dövlət Katibinin sözçüsü Heather Nauert bildirib. Tillersonun Riyada səfəri növbəti yeddi gün ərzində Fars körfəzi və Cənubi Asiya bölgəsinə edəcəyi səfərin ilk dayanacağı olacaq. Tillerson Hindistan, Pakistan və İsviçrəyə səyahət etməzdən öncə paytaxt Dohada Qatar liderləri və ABŞ hərbi rəsmiləri ilə birgə " terrorizmə qarşı mübarizə" və "regional, ikitərəfli məsələlər" haqqında müzakirələr aparacaq.

Dövlət Departamenti Tillersonun spesifik ölkələrə səfərlərin xüsusi tarixlərini açıqlamaqdan imtina edib.