XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

21 Oktyabr 2017 - 10:34

Rusiya XİN:"İŞİD-lə mübarizədə istənilən addımları təqdir edirik"

"Moskva İŞİD-lə mübarizədə istənilən addımları təqdir edir".
 
APA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov Suriyanın Raqqa şəhərinin terrorçulardan azad edilməsi əməliyyatı ilə əlaqədar deyib. 
 
"İŞİD-lə mübarizədə istənilən uğuru müsbət qarşılayırıq. Bu baxımdan Raqqada əldə olunanlar irəliyə doğru addımdır", – deyə o vurğulayıb. 
 
Qeyd edək ki, Raqqa şəhərinin terrorçulardan azad edilməsi əməliyyatı beynəlxalq koalisiyanın köməyi ilə müxalif "Suriya Demokratik Qüvvələri" tərəfindən keçirilib.