XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

21 Oktyabr 2017 - 10:47

Misirdə silahlı toqquşma- 58 polis ölüb

Misirin paytaxtı Qahirənin yaxınlığında, Əl-Vahat rayonunda polislə terrorçular arasında silahlı toqquşma baş verib. Bu barədə Misirin “Məsraui” xəbər portalı məlumat yayıb.

Azərtac xəbər verir ki, qarşıdurma nəticəsində Misir xüsusi təyinatlı polisin təhlükəsizlik xidmətinin 58 əməkdaşı ölüb, 15-i isə yaralanıb. Məlumata görə, polis əməkdaşları rayonda gizlənən terrorçuların zərərsizləşdirilməsi istiqamətində əməliyyat aparırlarmış. Terrorçular odlu silahlardan, o cümlədən ağır silahlardan istifadə edərək polisləri atəşə tutublar.

Hazırda hadisə yerində cinayətkarların axtarışı aparılır. Axtarış üçün helikopterlər cəlb olunub.