XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

21 Oktyabr 2017 - 10:57

İraq ordusu iki neft yatağını“Peşmərgə”dən geri alıb

İraqın hökumət qüvvələri iki neft yatağını “Peşmərgə”dən geri alıb.

Azərtac Anadolu Agentliyinə istinadla xəbər verir ki, İraq ordusu mübahisəli bölgələr sırasına olan Mosulun Zummar qəsəbəsi ilə yanaşı iki neft yatağını “Peşmərgə”den geri alıb. Zummar qəsəbəsindəki “Batme” və “Ayn Zale” neft yataqlarına nəzarət orduya keçib. Bununla da, İraq ordusunun nəzarətində olan neft quyularının sayı 44-ə çatıb.

Həmçinin hökumət qüvvələri ötən günlərdə iki neft şirkəti ilə yanaşı, 10-dək xüsusi əhəmiyyət daşıyan neft quyusunu heç bir qarşıdurma yaşanmadan “Peşmərgə”dən geri alıb və quyuların rəsmi Bağdadın nəzarətinə keçməsini təmin edib.