XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020

Digər Xəbərlər

21 Oktyabr 2017 - 12:38

Əfqanıstanda terror hücumu:ölənlərin sayı 70 nəfəri ötüb

Əfqanıstanda iki məscidin partladılması nəticəsində həlak olanların sayı 72 nəfərə yüksəlib.

Azərtac yerli 1TV telekanalına istinadla xəbər verir ki, terror aktları zamanı, həmçinin 55 nəfərin yaralandığı bildirilir.

Xatırladaq ki, birinci partlayış oktyabrın 20-də Kabilin qərbində yerləşən Daşti-Barçi rayonundakı imam Zaman məscidində baş verib. Terrorçu-kamikadze axşam namazı vaxtı özünü məscidin içərisində partladıb. Şahidlərin sözlərinə görə, partlayışın ardından insanlar atəşə tutulub. Hücumun məsuliyyətini İŞİD qruplaşması üzərinə götürüb.

İkinci qanlı hadisə isə Əfqanıstanın Hur əyalətindəki məsciddə qeydə alınıb. Burada da eyni ssenari üzrə törədilmiş partlayışın məsuliyyətini hələlik üzərinə götürən yoxdur.