XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

21 Oktyabr 2017 - 12:58

Münhendə naməlum şəxs bıçaqla hücum edib- Dörd nəfəri yaralayıb

Almaniyanın Münhen şəhərinin tarixi hissəsinin yaxınlığında yerləşən “Rozenhaymer Plas” meydanında naməlum şəxs bıçaqla dörd nəfəri yaralayıb.

Azərtac TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə məlumat Bavariya paytaxtının polis idarəsinin “Twitter” səhifəsində yerləşdirilib.

Polis vətəndaşları meydandan uzaq durmağa, yaxınlıqda yerləşən binaların sakinlərini evdən çıxmamağa çağırıb.

Hazırda hücum edən şəxsin axtarışı davam edir. Cinayətkarın motivləri məlum deyil. Hadisənin təfərrüatları barədə məlumat verilmir.