XƏBƏR LENTİ

28 Oktyabr 2020

Digər Xəbərlər

21 Oktyabr 2017 - 14:09

Neft sektoruna nəzarət üçün xüsusi komitə yaradılıb- Kərkükdə

Kərkükdə neft sektoruna nəzarət üçün xüsusi komitə yaradılıb.

Azərtac xəbər verir ki, bu barədə İraqın Neft Nazirliyinin sözçüsü Asım Cihad deyib. O bildirib ki, Kərkükdə neft istehsalı sektorundakı vəziyyətin qiymətləndirilməsi və inkişafı ilə bağlı xüsusi komitə yaradılıb.

Nazirliyin bəyanatında isə qeyd edilir ki, İraqın neft naziri Cabbar Əli əl-Layibi Kərkükdə neft istehsalı üzrə fəaliyyətin monitorinqi və qiymətləndirilməsi, o cümlədən də bölgənin neft sənayesinin inkişafı məqsədilə mümkün olan ən qısa müddətdə təklif və təşəbbüslər hazırlamaq üçün “Şimal Neft Şirkəti”nin (NOC) balansında yaradılmış komitənin işinə birbaşa nəzarət edir.