XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

21 Oktyabr 2017 - 14:59

Çexiyada parlament seçkiləridir- Bu gün

Çexiyada parlament seçkiləri üzrə səsvermə başlayıb.
 

APA-nın xəbərinə görə, cümə günü başlayan səsvermə bu gün axşam saatlarında başa çatacaq.
 
Namizədlər 200 mandat uğrunda mübarizə aparır. Sosioloqların proqnozlarına görə, parlamentdə səkkiz partiya təmsil olunacaq. Milyarder Andrey Babişin rəhbərlik etdiyi “Narazı vətəndaşların aksiyası” hərəkatının şansları daha yüksək qiymətləndirilir. “Çexiyanın Trampı” adlandırılan Andrey Babiş vaxtilə baş nazirin müavini olub. O, bir neçə ay əvvəl səs-küylü maliyyə qalmaqalından sonra vəzifəsindən istefa verib. Qalmaqal milyarderin reytinqinə təsir eləsə də, onun başçılıq etdiyi partiya səslərin 1/4-ni qazana bilər. Andrey Babiş dəfələrlə bəyan edib ki, Rusiyaya qarşı sanksiyaların əleyhinədir.
 
Sağ mərkəzçilərin əsas rəqibi sosial-demokratlar səslərin təxminən 12,5 faizini qazana bilər. Üçüncü yeri 10,5 faiz səslə kommunistlərin tutacağı proqnozlaşdırılır.
 
Seçkidən sonra prezident Miloş Zeman daha çox səs toplayan partiyalardan ibarət hökuməti qurmalıdır.