XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

21 Oktyabr 2017 - 19:09

Putin Yeltsinin imzaladığı sazişləri sərt tənqid etdi:“Rusiyanın ən məxfi nüvə obyektlərində ABŞ bayrağı dalğalanırdı”

“SSRİ- nin geopolitik irsini bölüşdürən Qərb özünü “soyuq müharibə”nin mübahisəsiz qalibi olduğuna inandırdı. Onlar bir vaxtlar bütün dünyaya sosialist inqilabını ixrac etməyə cəhd edən SSRİ kimi açıq şəkildə suveren dövlətlərin işlərinə qarışmağa başladılar. Özünə əminlik həmişə səhvlərlə nəticələnir. Yekun isə kədərlidir. Son 26 il itirilmiş çoxlu imkanlarla və inamsızlıqla keçdi”.

Strateq.az bildirir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putin “Valday” Beynəlxalq Diskussiya Klubunda çıxışı zamanı deyib.

Putinin sözlərinə görə, qlobal disbalans bununla yalnız güclənib, beynəlxalq institutlar ciddi erroziyaya məruz qalıb.

Putin SSRİ dağıldıqdan sonra Rusiya Federasiyası ilə ABŞ arasında bağlanmış iki sazişin maraqlı detallarını açıqlayıb.

Onun sözlərinə görə, 1992 – 93-cü illərdə ABŞ-la iki ikitərəfli saziş imzalanıb.1992-ci ildə imzalanmış Nann-Luqar sazişində hər iki dövlətdə olan nüvə materiallarının qeydiyyatının aparılması, sualtı qayıqların, radioizotop termoelektrik generatorların demontajı və utilizasiyası nəzərədə tutulurdu: “Bu öhdəlilklərin yerinə yetirilməsi çərçivəsində amerikalılar Rusiyanın ən məxfi sayılan nüvə silahı kompleksinə – nüvə döyüş başlıqları istehsal edən müəsissələrinə 620 dəfə səfər ediblər. ABŞ Rusiya Federasiyasının bütün məxfi obyektlərinə giriş əldə etmişdi. Bununla yanaşı, bu saziş faktik olaraq birtərəfli xarakter daşıyırdı. 1993-cü ildə imzalanmış ikinci “VOU-NOU” sazişinə görə isə amerikalılar uran zənginləşdirici kombinatlara, ən qapalı zonada yerləşən material anbarlarına səfər ediblər”.

Putin bildirib ki, dünyada ən güclü nüvə zənginləşdirici müəsissə olan Ural elektrokimya kombinatında isə hətta daimi fəaliyyət göstərən Amerika müşahidəçi postu qoyulmuşdu. Sexlərdə amerikalıların hər gün işə gəlmələri üçün daimi iş yeri yaradılmışdı: “Onların oturduğu yerdə, Rusiyanın ən məxfi obyektlərində ABŞ bayrağı dalğalanırdı. Bundan başqa ABŞ-ın müxtəlif təşkilatlarından olan 100 amerikalı mütəxəssisə heç bir xəbərdarlıq etmədən gələrək əlavə təftiş aparmaq hüququ verilmişdi. Və bütün bunlar 10 il davam edib. Bu saziş nəticəsində Rusiyada hərbi təyinatdan 20 min nüvə başlığı ekvivalentində olan 500 ton silah üçün uran çıxarılıb. Bu proqram bəşəriyyət tarixində ən effektiv real tərksilahdır”.

Rusiya prezidenti qeyd edib ki, amma rus mütəxəssisləri ABŞ-ın nüvə silahı kompleksinə yalnız dəvətlə, Amerika tərəfinin müəyyən elədiyi şərtlər əsasında daxil ola biliblər: “Bundan nə əldə etdiyimiz yaxşı məlumdur: bizim milli maraqlarımızın tam rədd olunması, Qafqazda separatçılğın dəstəklənməsi, BMT qərarı olmadan Yuqoslaviyanın bombalanması, İraqa qoşun yerdilməsi… Hər şey aydındır: baxıb gördülər ki, bizim nüvə kompleksləri, Silahlı Qüvvələrimiz, iqtisadiyyatmız nə haldadır. Beynəlxalq hüquq artıq lazımsız oldu”.

Putinin sözlərinə görə, Rusiya 17 il əvvəl nüvə sınaqlarının qadağan olunması haqqında müqaviləni imzalasa da, ABŞ indiyə qədər bunu etməyib.