XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

21 Oktyabr 2017 - 20:31

Marneulidə son durum- Rayon seçki komissiyasına 17 şikayət daxil olub

Gürcüstanda azərbaycanlıların sıx yaşadığı Marneulidə seçki prosesi ilə bağlı rayon seçki komissiyasına 17 şikayət daxil olub.
 
APA-nın yerli bürosunun məlumatına əsasən, komissiyanın sədri Koba Asanidze həmin şikayətlərə sabah baxılacağını deyib.
 
Onun sözlərinə görə, Marneulinin bütün seçki məntəqələrində səsvermə prosesi sakit keçir və heç bir ciddi qanun pozuntusu qeydə alınmayıb.
 
Marneulidə 89 seçki məntəqəsi var. Seçicilərin sayı isə 98 300 nəfər təşkil edir. Saat 17:00-dək rayonda seçici fəallığı 30,8 faiz təşkil edib.
 
Ölkə üzrə isə seçici fəallığı 36,71 faizdir.