XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

21 Oktyabr 2017 - 21:53

“Exit-poll”:"Kaxa Kaladze Tbilisi meri vəzifəsinə seçkilərdə 54% səs əldə edib"

“Exit-poll”un nəticələrinə əsasən, Gürcüstanda keçirilmiş yerli idarəetmə orqanlarına seçkilərdə Tbilisi meri vəzifəsinə hakim “Gürcü Arzusu” Partiyasının namizədi Kaxa Kaladze 54 faiz səs toplayıb.
 
APA-nın yerli bürosunun məlumatına əsasən, “exit poll” Edison Research təşkilatı tərəfindən həyata keçirilib.
 
Nəticələrə əsasən, Gürcüstan paytaxtının mer vəzifəsinə müxalif Vahid Milli Hərəkat Partiyasının namizədi Zaal Udumaşvili 15 faiz, müstəqil namizəd Aleko Elisaşvili 14 faiz, müxalif “Avropalı Gürcüstan” Partiyasının namizədi Elene Xoştariya isə 7 faiz səs əldə edib.