XƏBƏR LENTİ

15 Yanvar 2021

Digər Xəbərlər

21 Oktyabr 2017 - 22:18

Kataloniya rəhbərinə 3 gün vaxt verilib- Senata müraciət üçün

Kataloniya hökumətinin rəhbəri Karles Puçdemon İspaniya Konstitusiyasının region muxtariyyətinin ləğvinə imkan yaradan 155-ci maddəsində əks olunan tədbirlərin tətbiqinə dair arqumentlərini ifadə etmək üçün üç gün müddətində (24-26 oktyabr tarixlərində) Senata müraciət edə bilər.
 
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, müvafiq qərar İspaniya parlamentinin yuxarı palatasını rəyasət heyəti tərəfindən verilib.
 
Qeyd edək ki, İspaniyanın Nazirlər Şurası bu gün keçirdiyi təcili iclasda Konstitusiyasının Kataloniyanın muxtariyyətinin ləğvinə imkan verən 155-ci maddəsinin tətbiq edilməsi barədə qərar qəbul edib.
 
Qərar Senat tərəfindən təsdiq olunmalıdır.  İspaniya parlamentinin yuxarı palatası iclası oktyabrın 27-də keçiriləcək.