XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

22 Oktyabr 2017 - 14:22

Gürcüstanda silahlı insident zamanı yaralanmış azərbaycanlı namizədsəs çoxluğu qazanıb

Oktyabrın 19-da Marneulidə baş vermiş silahlı insident zamanı yaralanmış hakim “Gürcü Arzusu” Partiyasının Qızılhacılı kəndi üzrə bələdiyyə üzvlüyünə majoritar namizədi Ceyhun Çovdarov seçkilərdə səs çoxluğu əldə edib.
 

APA-nın yerli bürosu Gürcüstan Mərkəzi Seçki Komissiyasına istinadla xəbər verir ki, Qızılhacılı kəndinin  89 saylı seçki məntəqəsi üzrə səsvermə protokolunda C.Çovdarovun 240 səs əldə edərək birinci yer tutduğu qeyd olunub.
 
Xatırladaq ki, silahlı insident zamanı C.Çovdarovla yanaşı onu müşayiət edən 4 nəfər də yaralanıb. Xəstəxanada olan C.Çovdarovun vəziyyəti stabildir. Gürcüstan DİN insidentlə bağlı istintaqı davam etdirir.