XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

22 Oktyabr 2017 - 15:21

Türkiyənin ədliyyə naziri:“Gülənin Türkiyəyə ekstradisiyasına mane olacaq prosedur qalmayıb”

“Fətullahçı Terror Təşkilatının (FETÖ) lideri Fətullah Gülənin ABŞ-dan Türkiyəyə ekstradisiyasına mane olacaq bir sənəd, prosedur və çatışmazlıq qalmayıb”.
 
APA-nın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, bunu bu gün Türkiyənin ədliyyə naziri Abdülhəmit Gül bildirib.
 
A.Gül deyib ki, hər iki tərəf ekstradisiya üçün bütün lazımi şərtləri yerinə yetirib: “Bundan sonra artıq biz FETÖ liderinin ekstradisiyasını gözləyirik”.
 
Türkiyənin ədliyyə naziri 15 iyul hərbi çevriliş cəhdində mühüm rol oynamış FETÖ-nun Hərbi Hava Qüvvələri imamı Adil Öksüzün Almaniyada evi olması barədə bir xəbər yayıldığını və bununla bağlı Almaniyaya müraciət ediləcəyini bildirib.
 
A.Gül 15 iyul hərbi çevriliş cəhdi ilə bağlı 49 min 697 nəfərin həbs olunduğunu da açıqlayıb.