XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

22 Oktyabr 2017 - 17:22

Kiyevdə aksiyaçılarla polis arasındatoqquşma olub

Kiyevdə Ali Rada binasının yaxınlığında keçirilən aksiyada polis və aksiya iştirakçıları arasında toqquşma  olub.
 
APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili tribunada çıxışında bildirib ki, polis səs avadanlığı ilə təchiz olunmuş maşın vasitəsi ilə çıxışçıların səsinin aksiyaçılar tərəfindən eşidilməsinə mane olur.
 
M. Saakaşvili aksiyaçıları maşını götürməyə çağırıb. Polis maşına yaxınlaşan aksiyaçıların qarşısını almağa çalışıb və toqquşma baş verib. Aksiya təşkilatçıları mitinq iştirakçılarına qarşıdurmanı dayandırmağa çağırıb. Bundan sonra toqquşma dayanıb.
 
Qeyd edək ki, Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvilinin lideri olduğu “Yeni Qüvvələr Hərəkatı” və digər müxalif partiyaların tərəfdarları oktyabrın 18-dən Ali Radanın qarşısındakı Konstitusiya meydanında aksiya keçirir. Aksiya təşkilatçıları və iştirakçıları parlamentdən deputat toxunulmazlığını ləğv etməyi, seçki qanunvericiliyini dəyişməyi, eyni zamanda Antikorrupsiya Məhkəməsi yaratmağı tələb edirlər.