XƏBƏR LENTİ

20 Yanvar 2021
19 Yanvar 2021

Digər Xəbərlər

22 Oktyabr 2017 - 19:17

“Lan” qasırğası Yaponiya sahillərinə çatıb- Dağıntı və tələfat var

Güclü “Lan” qasırğası Yaponiya sahillərinə çatıb, dağıntı və tələfata yol açıb.
 

APA-nın məlumatına görə, bu barədə NHK telekanalı məlumat yayıb.
 
Fukuoka şəhərində bir nəfər ölüb. Regionlarda 5,6 min ailənin məcburi evakuasiya ediləcəyi elan edilib, 376 ailəyə isə evlərini tərk edərək daha təhlükəsiz rayonlara getmək tövsiyə olunub.
 
Hazırda “Lan” saatda 45 km sürətlə Xonsyu adasının cənubuna doğru hərəkət edir. Qasırğanın mərkəzində küləyin sürəti saatda 162 km-ə çatır.