XƏBƏR LENTİ

29 Oktyabr 2020
28 Oktyabr 2020

Digər Xəbərlər

23 Oktyabr 2017 - 12:04

Daha bir Avropa dövlətində referendum –İtaliyanın iki vilayəti muxtariyyətə səs verdi  

İtaliyanın şimalında yerləşən Lombardiya və Veneto vilayətlərində geniş muxtariyyət verilməsi ilə bağlı referendum keçirilib.

Seçicilərin böyük əksəriyyəti muxtariyyəti dəstəkləyib. Venetoda seçicilərin 98 faizi vilayətə daha geniş muxtariyyət verilməsinə səs verib. Bu vilayətdə seçici fəallığı 60 faizə yaxın olub. Lombardiyada isə muxtariyyətin lehinə 95 faiz seçici səs verib. Burada seçicilərin fəallığı 40 faizə yaxın olub.

Bu referendumlar rəy öyrənmək xarakteri daşısa da, hər iki vilayətin rəhbərliyi paytaxt Roma ilə danışıqlara başlamağa hazır olduğunu bildirib. (Trend)